21-26 may tarixləri arasında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası tərəfindən həyata keçirilmiş "Gənclər üçün biznes təlimləri" layihəsi çərçivəsində olan təlimlər uğurla başa çatıb.
6 günlük intensiv təlim
proqramı ərzində 20 gənc iştirakçı sahibkarlığın əsas istiqamətləri üzrə
ardıcıl və məzmunlu təlimlər alıblar. Proqram çərçivəsində sahibkarlıq düşüncə
tərzi, biznes ideyanın formalaşdırılması, bazar təhlili, biznes modelləşdirmə,
marketinq strategiyası, maliyyə planlaması, büdcə idarəetməsi, komanda qurucuğu
və investisiya cəlbi kimi mövzular əhatə edilib. Hər bir təlim günü təcrübəli
mütəxəssis tərəfindən aparılıb, iştirakçılara nəzəri biliklərlə yanaşı, peşəkar
baxış bucağı da qazandırılıb. Layihənin yekun günündə iştirakçılar region ve paytaxtdan gələn sahibkarlar ilə
canlı görüş formatında bir araya gəlib, öz biznes ideyaları ətrafında fikir
mübadiləsi aparıblar. Bu görüş iştirakçılara real biznes mühiti ilə ilk təması
yaşatmaq baxımından proqramın ən dəyərli mərhələlərindən birinə çevrilib. Layihə
boyu göstərdikləri səy və iştirakı ilə fərqlənən iştirakçılara yekun mərasim çərçivəsində
sertifikatlar təqdim edilib. Assosiasiya bu layihənin gənclər arasında
sahibkarlıq mədəniyyətinin formalaşmasına əhəmiyyətli töhfə verdiyinə inanır.
Belə təşəbbüslərin davamlılığı ölkədə gənc sahibkarlığın inkişafı üçün zəruri şərtlərdən
biridir. Assosiasiya bundan sonra da gənclərin peşəkar inkişafına yönəlmiş
layihələri həyata keçirməyə davam edəcək.