Rusiyada gənclərin vəhşi davranışı qalmaqala səbəb olub. Belə ki, Omsk vilayətində gənc oğlan qocalar evində təqaüdçüyə hücum edib. Digər şəxs isə onu videoya çəkib. Bu barədə “Mash Siberia” məlumat yayıb.
Sosial şəbəkələrdə yayılanan kadrlarda gəncin ahıl kişiyə nə isə deməsi və onun başına, bədəninə yumruqla vurması əks olunub. Videonun sonunda yaşlı kişi ağrılara dözməyərək yerə yıxılır. Telegram kanalının məlumatına görə, hadisə qocalar evinin tualetində baş verib. Gəncin belə aqressiya sərgiləməsinə nəyin səbəb olduğu açıqlanmır.
Video sosial şəbəkələrdə yayımlandıqdan sonra müstəntiqlər istintaqa qədərki yoxlamalara başlayıblar.
Tural