Gəncədə qadını "Baku Bus"ın avtobusu vurdu

Gəncədə qadını "Baku Bus"ın avtobusu vurdu
11:13

Gəncədə qadın piyadanı sərnişin avtobusu vurub.

News365.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Hərəkətdə olan "BakuBus"a  məxsus sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdü N.Zeynalovanı vurub. Qadın piyada xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada