“Təxminən 15
vərəqlik 2025-ci ilin büdcə sənədində ən çox təəccübləndiyim hissə Dövlət Neft
Fondundan edilən tranferin həcmi oldu. Ümumilikdə isə iqtisadi müqəddəslik
xarakteri daşıyan bu sənədin ən vacib detallarına toxunmaq istəyirəm. Büdcə gəlirləri
5,3% çox 38,316 milyard manat, xərcləri 4,1% artaraq 41, 367 milyard manat
proqnoz edilir. Beləliklə, kəsrin proqnozu 3,05 milyard manat olur”.
News365.az xəbər verir ki, bunları iqtisadçı ekspert Eldəniz Əmirov
deyib. O bildirib ki, gəlirlərinin 49 faizi neft, 51 faizi qeyri-neft gəlirlərinin
hesabına formalaşacaq:
“Eyni
zamanda gəlirlərin 15,5 milyard manatı vergi, 6,6 milyard manatı gömrük, 840
milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin
payına düşür. Qeyd etdiyim kimi tarixinin ən böyük transfer həcmi 14,448
milyard manat isə Dövlət Neft Fondundan reallaşacaq. Bu isə büdcə gəlirlərinin
təxminən 38 faizinə bərabərdir. Qeyd edim ki, 2024-cü ilin büdcəsi hazırlanarkən
transferrin həcmi əvvəlki illə müqayisədə artımı 1,5 faiz olmuşdur. Bu dəfəki
artım faizi isə 12 faizlik ciddi dinamika nümayiş etdirir.
Büdcəsi xərclərinin
60,1 faizini cari xərclər, 34,1 faizini əsaslı xərclər, 5,8 faizini dövlət
borcuna xidmətlə bağlı xərclər təşkil edir.
Sosialyönümlü
xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatdırılacaq ki bunu bu sənədin
müsbət tərəflərindən biri kimi qeyd edə bilərik. Çünki bu məbləğ və dövlət büdcəsi
xərclərinin 41 faizini təşkil edəcək. Birbaşa əhalinin sosial cəhətdən həssas
qrupları üçün 4,8 milyard manat manat, ünvanlı dövlət sosial yardım üçün 457
milyon manat və s vəsait ayrılacaq. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə
edəcək.
Qarabağ və Şərqi
Zəngəzurda bərpa və yenidənqurma üçün 4 milyard manat ayrılacaq.
Müdafiə və
milli təhlükəsizliyin məsələləri üçün 8,4 milyard manat nəzərdə tutulur ki, bu
da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. Bu xərc maddəsinə baxanda adam ilk
bunu düşünür ki, əgər qonşularımız yaxşı qonşu olsaydı, bu maddə üzrə olan xərcin
ən azı 4 milyard manatı ölkə olaraq digər vacib problemlərimizin həllinə
(sosial ödənişlər, təhsil və s.) xərcləyə bilərdik. Amma neynəyəsən ki,
coğrafiya taledir.
Təhsil xərcləri
8,7 faiz artaraq 4,9 milyard manat, Səhiyyə xərcləri 7 faiz artaraq təxminən 2
milyard manat, iqtisadi fəaliyyət xərclərinə 4,4 milyard manat, “Yaşıl büdcə”
üzrə xərclərə 1,3 milyon manat vəsait nəzərdə tutulur.
“Dövlət
sosial müdafiə fondunun 2025-ci il büdcəsi isə gəlir və xərcləri bərabər
olmaqla hər ikisi 7 milyard 676 milyon manat təşkil edəcək. Bu göstərici
2024-cü illə müqayisədə 726,6 milyon manat və ya 10,5% çoxdur. Xərclərinin
96,5%-I ilə əhaliyə ödənişlər olacaq”.
News365.az