Bakıda daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başlayıb

Bakıda daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başlayıb
01 Dek 2024 11:26

“Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

Bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.


Youtube kanalımız