Bazarlarda yoxlamalar başladı - Küli miqdarda cərimələnə bilərlər

Bazarlarda yoxlamalar başladı - Küli miqdarda cərimələnə bilərlər
01 Dek 2024 14:59

2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlar cərimələnə bilərlər.

Onlardan vergi uçotunda olmaları tələb ediləcək. Bu tələbə cavab verməyən iş adamları fəaliyyət göstərə bilməyəcəklər və bazarların mülkiyyətçiləri yaxud idarəçiləri 2 000 manat məbləğində cərimə olunacaq. Təkarlandığı halda cəriməni 2-3 qat artması nzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub.

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı açıqlama verib:

“Vergi uçotunda dayanmaq sahibkarların müəyyən qədər xərclərini artıracaq prosesdir, amma bunun sözügedən məsələyə görə birbaşa qiymət artımına gətirib çıxaracağını demək asan deyil. Bazardakı qiymətlər xərclərdən asılı olsa da, rəqabətdən də ciddi şəkildə asılıdır. Sahibkar artan xərcini iki formada qarşılayır. Birincisi, öz qazancı aşağı düşür, ikincisi isə qiyməti artıra bilir. Qiyməti artırması da bazardakı vəziyyətdən asılıdır”.


Youtube kanalımız