Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftənin sonunda Türkiyədə danışıqları davam etdirəcəklər.
Bu haqda Pakistanın Müdafiə naziri Xavaca Asif “X” sosial media platformasında yazıb.
“Nümayəndə heyətləri oktyabrın 25-də İstanbulda yenidən görüşəcək və biz bütün detalları müzakirə edəcəyik”, - deyə o, ölkələr arasında atəşkəs rejimini təsdiqləyib.