“Ayağa qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Enyan Makronun həyat yoldaşı Bricit tərəfindən şillələnməsi hadisəsini ələ salıb.
Xarici KİV-in yaydığı məlumata görə, siyasətçi X sosial şəbəkəsindəki səhifəsində müvafiq məzmunlu paylaşım edib.
"Süni intellektin və Rusiya kəşfiyyat xidmətlərinin ünvanına səslənən ittihamlardan sonra Yelisey sarayı indi məlum yeni insidentdən sonra ailə münaqişəsindən danışır. Maraqlıdır bəs Bricit rus casusu olsaydı nə baş verərdi?" – o yazıb.
Xatırladaq ki, mayın 26-da məlum olub ki, Emmanuel Makron bir həftəlik Cənub-Şərqi Asiya turnesinə başlamazdan əvvəl həyat yoldaşı tərəfindən şillələnib. Vyetnamın Hanoy hava limanında çəkilmiş kadrlarda prezident təyyarəsinin qapısının açılması da düşüb. Təyyarənin içərisində isə Emmanuel Makron gözlənilməz halla üzləşir. Bu zaman kadrda onun arvadının əli görünür və qadının özü tam görünməsə də, o, Makrona yüngül zərbə endirir.
Tural