Fransa nüvə başlığı daşıya bilən yeni "ASMPA-R" ortamənzilli yer-hava raketini istifadəyə verib.
News365.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni raket "Rafale" qırıcısından ikinci sınaq buraxılışından sonra istismara qəbul edilib.
Xəbərdə bildirilir ki, "ASMPA-R" Rusiyanın Avropaya potensial hücumunun qarşısını almağa qadirdir.
Yeni raket Fransanın ən güclü nüvə silahlarından biri hesab olunur.