Fransa hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə qarşı planlaşdırılan gömrük tariflərini müvəqqəti olaraq tətbiq etməmək qərarını müsbət qarşılayıb.
News365.az xəbər verir ki, Fransanın maliyyə naziri Roland Leskurun sözlərinə görə, bu addım tərəflər arasında münasibətlərin konstruktiv məcraya yönəldiyini göstərən ilk ciddi göstəricidir. Nazir hesab edir ki, qərar iqtisadi gərginliyin azaldılması baxımından önəmli rol oynaya bilər.
Xatırladaq ki, Donald Tramp Davos İqtisadi Forumu çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı çərçivə razılaşmasına imza atıb. Eyni zamanda fevralın 1-dən qüvvəyə minməsi planlaşdırılan və səkkiz Avropa ölkəsini əhatə edən tariflərin icrası dayandırılıb.
Analitiklərin fikrincə, bu qərar ABŞ, Avropa və NATO ölkələri arasında Arktika regionu üzrə gələcək əməkdaşlıq üçün yeni imkanlar yarada bilər.
News365.az