Ford avtomobilləri 11 il boyunca ancaq qara rəngdə istehsal edilib.
News365.az xəbər verir ki, 1908-ci ildə ilk Ford Model T istehsal ediləndə qırmızı rəng də daxil olmaqla bir çox rəng seçimi var idi. Amma 1914-cü ildən 1925-ci ilə qədər bütün Ford Model T avtomobilləri qara rəngdə istehsal edildi. Bu hadisənin maraqlı səbəbləri var.
1913-cü ildə Ford bir ədəd avtomobili 14 saata istehsal edirdi. Həmin ilin sonunda 1 ədəd avtomobil 90 dəqiqəyə istehsal edilməyə başlandı. 1914-cü ildə Ford markası günə 1000 avtomobil istehsal edə bilirdi.
24 saat davam edən boyaları qurutmaq prosesi 1914-cü ildə 1 saata endirildi. Bunu 400 dərəcə temperatur ilə etdilər.
Qısaca desək, qara rəngli avtomobillər tez quruyurdu. Ona görə də Ford kişi qərar vermişdi ki, ancaq qara rəngdə avtomobil istehsal etsinlər ki, daha çox avtomobil hazırlasınlar.
11 il bunu davam etdirdilər. İşlər bomba gedirdi. Sonra ortaya Cadillac çıxdı və rəng çeşidi, lüks avtomobilləri ilə dünyanı rəngləndirməyə başladı. Fordun bazarı öldü. Qara sevdasından vaz keçməli oldular. Davam etmək üçün dəyişdilər.