Fizioterapiya insan sağlamlığının bərpasında və həyat keyfiyyətinin artırılmasında mühüm rol oynayan tibbi müalicə üsuludur.
Bu fikirləri News365.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt-reabilitoloqu Aytən Musayeva bildirib.
Aytən Musayevanın sözlərinə görə, xüsusilə uşaqlarda yeriş, oturuş, başın idarə olunması və ümumi bədən quruluşunda qeyri-adiliklər müşahidə olunduqda, vaxtında fizioterapevtə müraciət olunması vacibdir:
"Erkən mərhələdə başladılan fizioterapiya ilə bir çox funksional problemlərin qarşısını almaq mümkündür. Gecikdirilmədən həyata keçirilən müalicə prosesi bədəndə nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklərə səbəb olur", – deyə o vurğulayıb