Fermerlərə ŞAD XƏBƏR!

Fermerlərə ŞAD XƏBƏR!
10:48

2023-cü ildə Azərbaycanda 387 340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380 704 fermerə 362,5 milyon manat subsidiya ödənilib.

News365.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “4-cü AqroBiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində çıxışı zamanı deyib.

"Bu, sadəcə rəqəm deyil, kənd həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir. Dövlətin həyata keçirdiyi subsidiya siyasəti çərçivəsində fermerlərə göstərilən dəstək davamlı və sistemli şəkildə icra olunur. Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir.

Fermerlərin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlət onların yanındadır.

Ötən il 6 477 texnika üçün 83,9 milyon manat, bu il isə 9 107 texnika üçün 80,8 milyon manat güzəşt vəsaiti ayrılıb. Həmçinin 2024-cü ildə 5 830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir”, - deyə o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada