Ötən gün vəfat edən türkiyəli müğənni Ferdi Tayfurun vəsiyyəti üzə çıxıb.
News365.az xəbər verir ki, sənətçi son illərdə verdiyi müsahibədə mahnılarının müəllif hüquqları ilə bağlı bu sözləri deyib:
“Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin.
Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmayıb. O mahnıları mən yazdım ki, xalq eşitsin, insanlar faydalansın deyə yazdım”.
Qeyd edək ki, müğənni dünən Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.