Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Olivia” mağazası ilə bağlı yaranmış narazılığa münasibət bildirib.
Onun sözlərinə görə, istehlakçı hüquqlarını qoruyan qanunvericilikdə bir sıra boşluqlar var və bu boşluqlardan biri də Nazirlər Kabinetinin 114 saylı qərarı ilə bağlıdır.
114 saylı qərara əsasən, kosmetik məhsullar dəyişdirilməyən və geri qaytarılmayan mallar siyahısına daxildir. Təəssüf ki, satıcılar da bu qərardan istifadə edərək, dünyanın müxtəlif ölkələrindən gətirilən, yararsız və keçmiş kosmetik məhsulları rahatlıqla vətəndaşlara təqdim edirlər,” – deyə Eyyub Hüseynov bildirib.
O əlavə edib ki, həmin qərarda qızıl məmulatlar və daş-qaşlar da dəyişdirilməyən məhsullar siyahısına daxildir. Bu isə istehlakçı hüquqlarına ciddi şəkildə ziddir.
“Biz dəfələrlə dövlət qurumlarına müraciət edərək, bu qərarın və qaydaların dəyişdirilməsini tələb etmişik. Bu, açıq şəkildə istehlakçı hüquqlarına təcavüzdür,” – deyə vurğulayıb.