Rusiya əsgərinin Sudjadakı evlərdən birinə maraq üçün qumbaraatanla atəş açması narazılıq yaradıb. İnsidentin görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Video "Voevoda Veşhaet" Telegram kanalında yayılıb.
Videoda papağında xüsusi şevronlar və İnquşetiya ilə Fələstin bayraqları olan hərbçi əks olunub. O, birdəfəlik qumbaraatanı hazırlayır və yaşayış binalarına doğru atəş açır. Kadrlarda qumbaranın düşdüyü yerin yaxınlığında kilsənin günbəzi də görünür.
Videonun Sudjanın azad edilməsindən bir neçə gün sonra çəkildiyi bildirilir.
Videoda baş verənləri şərh edən paylaşım müəllifi əsgərin hərəkətini müğənni Akim Apaçovun evlərə nalayiq qraffitilər qoyan hərəkəti ilə müqayisə ediblər.
Tural