Evində 30-dan çox heyvan saxladı, qonşular şikayətçi oldu

Evində 30-dan çox heyvan saxladı, qonşular şikayətçi oldu
27 May 2025 14:48

Rusiyada maraqlı hadisə baş verib. Moskvanın şimalında yaşayış binalarından birinin sakinləri mənzildə onlarla heyvan saxlayan və antisanitar şəraiti yaradan qonşudan hüquq-mühafizə orqanlarına şikayət ediblər. Paytaxt prokurorluğu araşdırma aparıb. Qurum verilən məlumatın doğruluğunu təsdiqləyib.

"Ərizə Anqarskaya küçəsindəki evlərdən birinin sakinlərindən daxil olub. Onlar qonşunun evində çoxlu it və pişik saxladığını qeyd ediblər. Yoxlama zamanı məlum olub ki, sözügedən mənzildə 13 it və 18 pişik saxlanılır. Mütəxəssislər tərəfindən girişdə və mənzilin özündə götürülmüş hava nümunələri araşdırılıb. Nümunələrə görə, havada ammonyak miqdarı icazə verilən maksimum konsentrasiyadan yüksəkdir. Yoxlamanın nəticələrinə əsasən, Timiryazevski rayonlararası prokuroru mənzildə ev heyvanlarının saxlanmasının qadağan edilməsi və yaşayış binasının sahibini onu lazımi sanitar vəziyyətə salmağı öhdəsinə götürmək barədə iddia qaldırıb", -məlumatda qeyd edilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada