Evdə əşyaların anidən yoxa çıxmasının səbəbi bu imiş - İNACLARA GÖRƏ

Evdə əşyaların anidən yoxa çıxmasının səbəbi bu imiş - İNACLARA GÖRƏ
16:00

Açarların davamlı olaraq itməsini və ya göz önündə olan əşyaların qəfil yoxa çıxmasını çoxları adi diqqətsizlik kimi qəbul edir. Lakin bu hal sistemli xarakter aldıqda, gündəlik unutqanlıqla mistik təsəvvürlər arasındakı sərhəd getdikcə silinir. Mütəxəssislər bildirirlər ki, əşyaların tez-tez itməsinin səbəbi təkcə unutqanlıqla izah olunmur. Bu vəziyyət bəzən bioenergetika, feng-şuy prinsipləri və ya qədim xalq inancları ilə əlaqələndirilir.

İnanclara görə, evdə tez-tez baş verən qarışıqlıq və əşyaların itməsinin əsas səbəblərindən biri mənfi enerjinin yığılmasıdır. Bu, evə xoşagəlməz insanların tez-tez gəlməsi və ya ev sakinlərindən birinin digərlərinin enerjisini tükətməsi ilə bağlı ola bilər.Eyni zamanda, evdə yığılıb qalmış köhnə və lazımsız əşyalar da mənfi enerjini cəlb edir. Belə hallarda "enerji təmizliyi" aparmaq tövsiyə olunur.

Psixoloji səbəblər

Psixoloqların fikrincə, insanın düşüncələri onun davranışlarına birbaşa təsir edir. Depressiya, davamlı stress və ailədaxili münaqişələr insanın diqqətini zəiflədir. Nəticədə o, açarını və ya pul kisəsini hara qoyduğunu xatırlamır, bəzən də əşyaları təsadüfən sındırır və ya itirir.

Bu cür hallarda mütəxəssis psixoloqa müraciət etmək tövsiyə edilir.

Mistiki izahlar

Qədim inanclara görə, evdə əşyaların itməsinin səbəbi "ev ruhu" ilə əlaqələndirilir. Davamlı mübahisələr və evə laqeyd münasibət bu ruhu narahat edə bilər. Nəticədə o, ev sahiblərinə "dərs vermək" məqsədilə müxtəlif xırda problemlər yaradır və əşyaların itməsinə səbəb olur.

Xalq inancları nə deyir?

Qələm itirmək - hər hansı bir məsələnin sizin müdaxiləniz olmadan həll olunacağına işarədir.

Zinət əşyası (üzük, sırğa və s.) itirmək - onu hədiyyə edən şəxslə mübahisə ehtimalını göstərir. Əgər zinət əşyasını özünüz almısınızsa, bu, həyatınızda çətin dövrün başlaya biləcəyinə işarə sayılır.

Açarları evdə itirmək - yorğunluq və tək qalmaq ehtiyacının göstəricisidir. Evdən kənarda açar itirmək isə həyatınızdan narazılıq və depressiya riskinə işarə edə bilər.

Geyim əşyası (məsələn, əlcək) itirmək - sizi uzun müddətdir narahat edən bir problemdən qurtulacağınıza işarədir.

Pul itirmək - xırda məbləğin itməsi münasibətlərdə və ya işlərdə problemlərə xəbərdarlıqdır. Böyük məbləğin itməsi isə əksinə, çətin dövrün bitməsi və sevindirici hadisələrin yaxınlaşması kimi yozulur.

Mütəxəssislər bildirirlər ki, əşyaların tez-tez itməsinin əsas səbəblərindən biri onların üçün xüsusi yerlərin olmamasıdır. İnsanlar evə daxil olduqdan sonra əşyaları harada gəldi qoyur və gündəlik qayğılar səbəbindən bunun harada olduğunu tez unudurlar.

Bu səbəbdən mütəxəssislər hər bir əşya üçün ayrıca yer müəyyən etməyi və bu qaydaya əməl etməyi tövsiyə edirlər. Bu, həm vaxt itkisini azaldır, həm də gündəlik stressin qarşısını alır.


Sizin reklam burada
Sizin reklam burada