Eşşək südünün tərkibində nələr varsa göy öskürəyin yeganə dərmanıdır.
Bunu news365.az-a həkim Seyfəddin Əsəd bildirib. Onun sözlərinə görə, tibbdə göy öskürək əleyhinə heç hir çarə olmadığı halda eşşək südü anında bu öskürəyə son qoyur. Eşşək südünün tərkibində zəngin zülal, elementlər var ki, qəbul etdikdə çox tez effekt verir. Almaniyada Reyn çayının sahilində bu səbəbdən eşşəyə heykəl qoyublar.
Həkim Araz Ağayev isə bunu inkar edərək bildirir ki, eşşək südünün sadəcə onu satanlara xeyri var. İstənilən südün tərkibində vitaminlər mövcuddur. Ən bahalı, ən müalicəvi süd ana südüdür. Eşşək südünü bu dərəcə qiymətləndirmək yalnışdır.