Şirvanda bir nəfər Kürdə boğulub

Şirvanda bir nəfər Kürdə boğulub
02 Avq 2025 22:00

Şirvan şəhərində bir nəfər Kürdə boğulub.

News365.az xəbər verir ki, hadisə Kürün Bayramlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hadisənin hansı şəraitdə baş verdiyi və boğulan şəxsin kimliyi məlum deyil.

Hazırda FHN-nin dalğıc-xilasediciləri tərəfindən boğulan şəxsin axtarışları aparılır.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada