Türkiyə qırıcısı Qara dəniz üzərində təlim uçuşu həyata keçirib

Türkiyə qırıcısı Qara dəniz üzərində təlim uçuşu həyata keçirib
02 Avq 2025 23:15

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Qara dənizin beynəlxalq hava məkanına daxil olan hissəsində təlim uçuşu həyata keçirib.

News365.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi müvafiq videogörüntüləri təqdim edərək məlumat yayıb.

"Hərbi Hava Qüvvələrimizin döyüş təyyarəsi Qara dənizin beynəlxalq beynəlxalq hava məkanına daxil olan hissəsində təlim uçuşu həyata keçirib", - nazirliyin sosial şəbəkədə yaydığı məlumatda deyilir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 27-də rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib ki, Qara dəniz regionunda təhlükəsiz mühit Türkiyə üçün böyük əhəmiyyət kəsb edir.


Sizin reklam burada
Sizin reklam burada