Əsirlikdən qayıdan əsgər: "İt kimi arıqlamışam!"

Əsirlikdən qayıdan əsgər: "İt kimi arıqlamışam!"
26 May 2025 10:30

Ukrayna əsirliyindən vətəninə qayıdan rusiyalı hərbçi əsirlikdə olduğu müddətdə xeyli çəki itirməsindən gileylənib.O, 40 kq arıqladığını bildirib. Rusiyalı keçmiş əsirin sözlərini "Zvezda" telekanalı sitat gətirib.


Həmin kişi həyat yoldaşı ilə telefonla danəşarkən deyib ki, o, “it kimi” arıqlayıb və arvadı onu tanımaya bilər.

Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son üç ildə ilk dəfə olaraq birbaşa danışıqlar baş tutdu. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edib. Danışıqlar zamanı tərəflər atəşkəs planlarının mübadiləsi, əsir götürülmüş hərbçilərin “1000-ə 1000” formatında dəyişdirilməsi barədə razılığa gəliblər və dövlət başçıları arasında mümkün görüşü də müzakirə ediblər.

“1000-ə 1000” formatı üzrə artıq bir neçə dəfə əsir mübadiləsi reallaşıb. Sonuncu  mübadilə mayın 25-də baş tutub ki, Ukraynada əsirlikdə saxlanan 303 hərbi qulluqçu Rusiyaya qaytarılıb.

Əvəzində Ukraynanın 303 hərbi əsiri qarşı tərəfə təslim edilib.  Qeyd edək ki, bu, Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsidir.



Tural


Sizin reklam burada
Sizin reklam burada