Ermənistanla sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adı veriləcək

Ermənistanla sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adı veriləcək
19 İyl 2025 11:23

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə Mehmet Tələt Paşanın adının verilməsi ilə bağlı Türkiyə parlamentinə təqdim edilən qanun layihəsinə cavab verib.

News365.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistan Respublikası Türkiyə Respublikası hökumətinin rəsmi mövqelərini və qərarlarını nəzərə alır", - məlumatda deyilir.

Bundan əvvəl xəbər verilmişdi ki, müvafiq qanun layihəsi Türkiyə Böyük Milli Məclisinə təqdim edilib və İYİ partiyanın 28 üzvü tərəfindən imzalanıb.

Qeyd edək ki, Tələt Paşa 1921-ci il martın 15-də Almaniyanın paytaxtı Berlində Daşnaksütyun Partiyasının təşkil etdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soğomon Teyliryan adlı erməni terrorçu tərəfindən qətlə yetirilib.


Sizin reklam burada
Sizin reklam burada