Ermənistanın narahatlıqları Rusiya ilə müzakirə olunacaq?

Ermənistanın narahatlıqları Rusiya ilə müzakirə olunacaq?
13:31

Cənubi Qafqazda son dövrdə region ölkələrinin müstəqil siyasət yürütməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi Rusiya üçün diqqət mərkəzindədir. Bu çərçivədə Moskva Ermənistanın narahatlıqlarını müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Politoloq Oqtay Qasımov News365.az-a bildirib ki, Ermənistan faktiki olaraq müstəqil siyasət yürütməyə çalışır.

Bu siyasətin tərkib hissəsi kimi ölkə həm Qərblə münasibətləri inkişaf etdirməyə, həm də qonşularla əlaqələri normallaşdırmağa çalışır.

Qasımov qeyd edib ki, Rusiya Cənubi Qafqazdakı prosesləri diqqətdə saxlamaq istəyir və burada iştirak etmək niyyətindədir. Xüsusilə ABŞ-la aparılan danışıqlar və sülh müqaviləsi sənədinin hazırlanması Rusiya tərəfindən məmnunluqla qarşılanmayıb.

O, əlavə edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ və Ermənistan arasında razılaşmalar Rusiyada narazılıq yaradıb. Bu vəziyyət Rusiyanın Ermənistandakı tərəfdarlarının ölkə hakimiyyətinə təzyiq göstərməsinə və Rusiya yönümlü hakimiyyətin bərpasına çalışmasına səbəb olur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə açıqlamasında bildirib ki, Moskva Ermənistanın narahatlıqlarını müzakirə etməyə hazırdır.


Sizin reklam burada
Sizin reklam burada