“Ermənistanın gerbi dəyişilərsə Türkiyəyə qarşı ərazi iddiaları olmaz“- Politoloq

“Ermənistanın gerbi dəyişilərsə Türkiyəyə qarşı ərazi iddiaları olmaz“-  Politoloq
26 Apr 2024 11:48

"Ermənistada konstitusitada əlavə dəyişikliklər deyil, tamamilə yeni konstitusiyanın qəbul olunması prosesi başlanılmalıdır. Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verdi".

Politoloq Taleh Əliyev bunu News365.az-a açıqlamasında deyib. 

"Paşinyanın açıqlamasından bir qədər sonra, Ermənistanın spikeri Alen Simonyanın başqa bir açıqlaması gəldi ki, nəin ki konstitusiyada dəyişiklik olmalıdır, eyni zamanda Ermənistanın himni və gerbi də dəyişdirilməlidir. Gerb dəyişilərsə artıq Türkiyəyə qarşı, o cümlədən konstitusiyanın dəyişilməsi Azərbaycan və Tükiyəyə qarşı yersiz və haqsız olan iddialardan konstitusiyada öz əksini tapması, imtina etməsi anlamına gələcəkdir. Bununla bağlı Azərbaycan tərəfinin təqdim etmiş  olduğu beş baza prinsipindən biri ondan ibarətdir ki, tərəflər bir-birinin konstitusiyasını, digər qanunvericilik haqqlarında ərazi iddialarından imtina etməlidir. Son zamanlar tez-tez istinad etdikləri "Alma-Ata" bəyannaməsinin özünə belə Ermənistan tərəfi müəyyən qeyri şərtlə qoşulur"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər