“Ermənistandan sülh gözlədiyimiz halda, təhdidin şahidi oluruq“- Rufiz Hafizoğlu

“Ermənistandan sülh gözlədiyimiz halda, təhdidin şahidi oluruq“-  Rufiz Hafizoğlu
15 Apr 2024 18:06

"Qazaxıstan prezidentinin Ermənistana səfəri bölgə üçün mühüm hadisədir."

News365.az xəbər verir ki, bunu politoloq Rufiz Hafizoğlu Tv365 kanalında qonaq olarkən bildirib. 

"Hesab edirəm ki, burda müxtəlif mesajlar var. Qazaxıstanın çatdırmaq istədiyi böyük ehtimalla, Rusiyanın çatdıra bilmədiyi, deyə bilmədiyi mesajları çatdırsın. Eyni zamanda qarşı tərəfində mesajları, ismarıcları ola bilər. Ermənistan nə qədər açıqlama versə də bu açıqlamaların bir müddət sonra əleyhinə gedən addımların atıldığının şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycanın təqdim etdiyi sülh prinsipini qəbul edəcəyi, bütün dəhlizlərin açılacağı və s. gözlənilirdi. Amma biz bunun tam əksini gördük. Tam əksi ilə yanaşı Ermənistan Azərbaycanı təhdid etməyə başladı. Ermənistana cəsarət verən qüvvələr var, düşünür ki, Qərb ona dəsdək olacaq. Nikol Paşinyanın belə bir açıqlaması da olmuşdur ki, Fransa və Qərb Ermənistan üçün vuruşan deyil və Ermənistanı sıxıntıdan çıxaran da deyil. "- deyə bildirib. 


Youtube kanalımız

Oxşar xəbərlər