Ermənistanda Rusiya sərhədçisi həlak olub, yaralanan var

Ermənistanda Rusiya sərhədçisi həlak olub, yaralanan var
25 Mar 2025 14:11

Ermənistanın cənubunda baş verən yol qəzasında Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib.

News365.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə bu gün səhər Mehri-Nrnadzor yolunda "UAZ" markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib.

Yaralının vəziyyəti ağır qiymətləndirilib.


Sizin reklam burada
Sizin reklam burada