Paşinyanın sevimli hakimi saxlanıldı

Paşinyanın sevimli hakimi saxlanıldı
13:50

Hakim Artuş Qabrielyan bu yaxınlarda İrəvan Ümumi Yurisdiksiya Məhkəməsindən uzaqlaşdırılıb. Onun sədrlik etdiyi iclas isə təxirə salınıb. Bu barədə “Faktor” məlumat yayıb.


"Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin hesabatında qeyd olunur ki, Qabrielyan komitə tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb", - nəşr yazıb.

Nyus.am saytı isə yazıb ki, hüquq-mühafizə orqanlarının maskalı əməkdaşları İrəvan Baş Yurisdiksiyası Cinayət Məhkəməsinin binasına soxularaq müxalifətçiləri mühakimə edən hakim Artuş Qabrielyanı yerə yıxıblar. Onlar haimin qollarını burub və onu nəzarətə götürüblər. Məlumata görə, Millit Təhlükəsizlik Xidməti hakimin köməkçisini onunla eyni vaxtda saxlayıb.

Bundan əvvəl 168.am saytı yazmışdı ki, “Nikol Paşinyanın sevimli hakimi Artuş Qabrielyanın başı üzərində qara buludlar yığılıb, onun işdən uzaqlaşdırılması gözlənilir və işlər təkcə bununla bitməyəcək”.

Tural


Sizin reklam burada
Sizin reklam burada