Ermənistanda keçmiş deputat dövlət çevrilişinə çağırış ittihamı ilə tutulub

Ermənistanda keçmiş deputat dövlət çevrilişinə çağırış ittihamı ilə tutulub
18 İyl 2025 22:15

Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan saxlanılıb.

News365.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi onun dövlət çevrilişinə açıq çağırış ittihamı ilə saxlanıldığını açıqlayıb.

Keçmiş deputatın saxlanılmasına iyulun 1-də yayılmış müsahibəsi səbəb olub.

O, barəsində həbs qərarı verilməsi üçün məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan və arxiyepiskop Mikael Ajapaxyan da oxşar ittihamlarla həbs olunublar.


Sizin reklam burada
Sizin reklam burada