“Ermənistanda etiraz edən əhali alət kimi istifadə olunur“ - Politoloq

“Ermənistanda etiraz edən əhali alət kimi istifadə olunur“ -  Politoloq
26 Apr 2024 10:12

"Ermənistanda delimitasiyaya qarşı etiraz edən əhali alət kimi istifadə olunurlar. Bu etirazı qızışdıran, prosesi çətinləşdirən qüvvələr var". 

Politoloq Elşən Mustafayev bunu News365.az-a açıqlamasında deyib. 

" 4 kəndin qaytarılması qərarı ilə bağlı mövqe bildirməyən ölkələr var ki, bunlar Fransa, Rusiya və İran idi. Ümumilikdə regiondakı proseslərdə öz maraqlarını təmin etməklə bağlı bu üç ölkənin iştirakı olmadan, 4 kəndin qaytarılması prosesi gündəmdə olub. Bu ölkələrin kəndi qaytarılmasına münasibətinin yaxşı olmamasını bildirməsələrdə eyni zamanda Ermənistanın daxilində müxalifət qüvvələri var ki, onlardan təbii ki, bu qüvvələrin istifadə etməsi və onların özlərinində buna can atması təbiidir. Çünki illərdir Paşinyan hakimiyyətini devirmək üçün müxtəlif yollar axtaran Ermənistan müxalifəti düşünür ki, bu yol əlavə təzyiq vasitəsi kimi istifadə olunmalıdır. Biz Ermənistanda Rusiya meyilli müxalifətin aktivliyini görürük"- deyə bildirib.

Vəfa Vəliyev, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər