Ermənistanda daha bir keşiş saxlanılıb

Ermənistanda daha bir keşiş saxlanılıb
11:35

Ermənistanda güc strukturları keşiş Paren Arakelyanı saxlayıb.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin informasiya xidmətinin direktoru, keşiş Esai Artenyan məlumat verib.

P.Arakelyan ağır cinayətlərin araşdırılması şöbəsinə aparılıb.

Bundan əlavə, II Qareginin qardaşı oğlu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb və o özü də istintaq şöbəsinə aparılır.


Sizin reklam burada
Sizin reklam burada