Ermənistana nüvə təhlükəsizliyi üçün pul ayrıldı

Ermənistana nüvə təhlükəsizliyi üçün pul ayrıldı
14:58

Ermənistan hökuməti ilə Avropa Komissiyası arasında yeni maliyyə sazişi imzalanıb. Sazişin məqsədi ölkədə nüvə təhlükəsizliyini və radiasiyadan mühafizə səviyyəsini artırmaqdır.

News365.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat yayıb. Onun sözlərinə görə, sənəd çərçivəsində Avropa Komissiyası İrəvana 5 milyon avro məbləğində maliyyə dəstəyi göstərəcək.

Nazir əlavə edib ki, yeni saziş 2024-cü ildə əldə edilmiş əvvəlki razılaşmanın davamıdır:

“Əvvəlki müqavilə ilə 12,9 milyon avro vəsait ayrılmışdı. Bu dəfəki maliyyə dəstəyi isə hidrogenlə bağlı qəzaların idarə edilməsinə və təhlükəsizlik avadanlıqlarının alınmasına yönəldiləcək. Avadanlıqlar Ermənistan Atom Elektrik Stansiyasına təqdim olunacaq”, – Xudatyan bildirib.

Yeni razılaşma Avropa İttifaqının regionda nüvə təhlükəsizliyinin təmininə verdiyi dəstəyin bir hissəsi kimi qiymətləndirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada