Ermənistan XİN-in qarşısında etiraz aksiyası keçirilib - VİDEO

Ermənistan XİN-in qarşısında etiraz aksiyası keçirilib - VİDEO
26 May 2025 13:50

Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib. Yerli medianın yaydığı məlumata görə, bu gün Avropa İttifaqına üzvlüyün tərəfdarı olan siyasi qüvvələr Ermənistanın Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirərək, Ararat Mirzoyanın bəyanatına etiraz ediblər.

Mirzoyan Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etməməsi ilə bağlı bəyanat verib. Tiqran Xzmalyan jurnalistlərə açıqlamasında bəyan edib ki, Ermənistan Respublikasının dövlətçiliyini yalnız Fransa müdafiə edir və onların etiraz üçün XİN-nin binası qarşısında toplanması həm də Fransa və Avropa ilə həmrəylik rəmzidir.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Baron Ermənistana gəlib və yaxın vaxtlarda onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı gözlənilir.


Tural


Sizin reklam burada
Sizin reklam burada