Ermənistan və Fransa strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq

Ermənistan və Fransa strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq
13:28

Sentyabrın 16-da Parisdə Ermənistan və Fransa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini Vaan Kostanyan və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin rəhbəri Bris Rokfey siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında iqtisadiyyat, infrastruktur, müdafiə və mədəniyyət sahəsində əməkdaşlıq proqramlarını, onların gələcək inkişaf və genişlənmə perspektivlərini, habelə beynəlxalq təşkilatlarda və digər çoxtərəfli platformalarda mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlər üzrə yanaşmaların yaxınlaşması üçün davamlı qarşılıqlı dəstəyin və əlavə səylərin lazım olduğu vurğulanıb.

    Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının gündəliyi ilə bağlı məsələlərə toxunulub.

    Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq haqqında sənəd və onun imzalanma müddəti barədə ətraflı müzakirələr aparılıb.

    Ən aktual regional və beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi aparılıb. Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması çərçivəsində əldə edilmiş razılaşmalara, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinə toxunulub.


    Sizin reklam burada
    Sizin reklam burada