“Ermənistan tərəfindən təxribat olarsa, onların izi-tozu qalmayacaq”- Millət Vəkili

“Ermənistan tərəfindən təxribat olarsa, onların izi-tozu qalmayacaq”- Millət Vəkili
14:36

Avropa təhlükəsizlik məsələlərinə dair söz sahibi olmaq üçün bu mülki missiyanı Ermənistan-Azərbaycan sərhədinə göndərib.”

Millət Vəkili Rasim Musabəyov bunu News365.az-a açıqlamasında deyib.

“Artıq aydındır ki, bu missiyanın arxasında Fransanın ambisiyaları dayanır və məqsəd təhlükəsizlik məsələlərində öz təsir dairəsini genişləndirməkdir. Lakin reallıq ondan ibarətdir ki, bu 200 nəfərlik Avropa missiyası – əslində kəşfiyyatçılar və jandarma zabitlərindən ibarət olan bir qrup – Ermənistanı real şəkildə qorumaq gücündə deyil.

Cənab Prezident dəfələrlə bildirmişdi ki, hər hansı bir təxribat baş verərsə, onların izi-tozu belə qalmayacaq, hamısı qaçıb dağılışacaq. İndi reallıq budur ki, onlar illərdir sərhədi müşahidə edirlər, lakin müşahidələrinin arxasında sadəcə Ermənistan sərhədi deyil, orada möhkəmləndirilmiş istehkamlar dayanır. Ola bilər ki, bu istehkamlar Azərbaycan əleyhinə müdafiə sistemini formalaşdırmaq məqsədi daşıyır.

Halbuki, biz yaxşı bilirik ki, belə müdafiə xətləri Azərbaycan Ordusu üçün heç bir maneə yaratmır. Onlar 20 il boyunca müdafiə xətləri qurmuşdular, lakin Azərbaycan Ordusu onları cəmi bir həftəyə darmadağın etdi.

Bu səbəbdən düşünmürəm ki, bu missiyanın fəaliyyətinin nəticəsində sülhə daha da yaxınlaşmaq mümkün olsun. Əksinə, sülh müqaviləsi üzrə razılaşdırılmamış məsələlərdən biri də məhz sərhəddə belə missiyaların mövcudluğudur.”