Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
14:45

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan təsisçi üzvü olduğu “Sülh Şurası”nın işinə öz maliyyə töhfəsini verməlidir.

News365.az-ın xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

    Baş nazir əmin edib ki, Ermənistanın “Sülh Şurası”nda heç bir maliyyə öhdəliyi yoxdur, yalnız könüllülük prinsipi mövcuddur: “Heç bir maliyyə öhdəliyi yoxdur, könüllü şəkildə töhfə var və düşünürəm ki, Ermənistan Respublikası hər yerə gedib boynu bükük duran “kasıb qohum” statusundan çıxmalıdır. Biz bacardığımız qədər öz töhfəmizi verməliyik. Ermənistanın heç bir öhdəliyi yoxdur, amma düşünürəm ki, biz iştirak etməliyik və edəcəyik”.

    Qeyd edək ki, Ermənistan hökuməti aprelin 29-da “Sülh Şurası”nın nizamnaməsinin ratifikasiyasını təsdiqləyib. “Sülh Şurası”nın nizamnaməsi ratifikasiya üçün parlamentə göndəriləcək. “Sülh Şurası”nın Nizamnaməsi Ermənistan Respublikası tərəfindən 22 yanvar 2026-cı ildə imzalanıb. Nizamnaməni Amerika Birləşmiş Ştatları, Azərbaycan, Argentina, Macarıstan, Qazaxıstan, Qətər və Türkiyə də daxil olmaqla bir sıra digər dövlətlər də imzalayıb.

    Xatırladaq ki, “Sülh Şurası” 2026-cı ildə ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə yaradılıb. Qurumun veb saytında bildirilir ki, Sülh Şurası münaqişədən təsirlənən və ya təhdid edilən ərazilərdə sabitliyi təşviq etməyə, etibarlı və qanuni idarəetməni bərpa etməyə və davamlı sülhü təmin etməyə çalışır.


    Sizin reklam burada
    Sizin reklam burada