"Sülh sazişi ilə bağlı danışıqlarda Rusiya iştirak edə bilmir".
Politoloq Əli Mustafa bunu News365.az-a açıqlamasında deyib.
"Ermənistan Rusiyanın təhdidlərinə müqavimətini davam etdirəcək. Rusiya başa düşür ki, Zəngəzur dəhlizi açılarsa, ora nəzarət etmək hüququnu əldə edəcək. Dəhlizin açılması gecikərsə, 2025-ci ildən sonraya qalarsa Rusiyanın burda heç bir hüququ olmayacaq. Onsuzda regionda gedən proseslərə Rusiyanın müdaxiləsi hər gün sanki, bir qədər azalır. Sülh sazişi ilə bağlı danışıqlarda Rusiya iştirak edə bilmir, Ermənistan birmənalı olaraq Rusiyanın iştirakını bloklayır. Sərhədlərlə bağlı məsələlərə Rusiya müdaxilə edə bilmir. Ermənistan çalışır ki, Rusiyanın önünü kəssin. Geridə sadəcə Zəngəzur dəhlizi məsələsi qalır. Rusiya anlayır ki, Guney Qafqazda gedən proseslərə, xüsusəndə diplomatik proseslərə yeganə müdaxilə şansı burdadır. Bu şansı da ona 10 Noyabr bəyannaməsi verir"- deyə fikirlərini bildirib.
Vəfa Vəliyeva, News365.az