Bu barədə news365.az-a Müdafiə Nazirliyindən bildirilib.
Ehtiyatdan çağırılanlar müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılıb.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.