Futbol üzrə Ermənistan milli komandası ardıcıl üçüncü matçında böyük hesabla uduzub.
News365.az xəbər verir ki, Vant Sxipin baş məşqçi olduğu kollektiv bu dəfə Kosova yoldaşlıq görüşündə darmadağın edib - 5:2.
Kosovanun paytaxtı Priştinada təşkil olunmuş qarşılaşmada Ermənistan millisi ilk yarını 2:1 hesabı ilə öndə tamamlayıb. Fasilədən sonra balkanlılar oyunda dönüş etməy bacarıblar.
Qeyd edək ki, Ermənistan millisi daha əvvəl UEFA Millətlər Liqasındakı keçid pley-off qarşılaşmalarında Gürcüstana evdə 0:3, səfərdə 1:6 hesabı ilə məğlub olub