“Ermənistan cənub Qafqazda Troya atıdır“- Rufiz Hafizoğlu

“Ermənistan cənub Qafqazda Troya atıdır“-  Rufiz Hafizoğlu
16 Apr 2024 11:15

"Bəzən sosial şəbəkələrdə Azərbaycanla Ermənistanı müqayisə edirlər, mən bunun əleyhinəyəm. Heç bir halda Azərbaycan Ermənistanla müqayisə oluna bilməz. Nəinki Ermənistan, Qafqazın heç bir ölkəsi ilə müqayisə etmək doğru deyil".

Bunu politoloq Rufiz Hafizoğlu TV365 kanalında qonaq olan zaman bildirib.

"Ermənistan toplumun siyasi baxımdan manafon toplum deyil. Burda revanşist qüvvələr var, Rusiyanın maraqlarına xidmət edən qüvvələr var eyni zamanda Qərbin diqtəsi ilə bir başa hərəkət edən qüvvələr var. Paşinyan öz başına deyil. Mən hesab edirəm ki, Ermənistan məhz elə Paşinyanın simasında NATO-nun və Qərbin Cənubi Qafqazda troya atıdır. Hal-hazırda bu Troya atından Qərb məharətlə istifadə edir. Bunu real şəkildə görmüş oluruq. Bu baxımdan Ermənistan baş nazirinin dedikləri ilə əməlləri bir-birindən fərqlənir.  Biz bilirik ki, Ermənistan ciddi bir şəkildə Rusiyadan ayrılmaq istəyir. Bu ağrılı bir prosesdir"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər