Ermənilər bu gün Andranikin doğum gününü, yoxsa nəyi qeyd edir?! - TƏHLİL

Ermənilər bu gün Andranikin doğum gününü, yoxsa nəyi qeyd edir?! - TƏHLİL
09:09
1965-ci ildə gizli erməni terror ordusu "ASALA" da formalaşmışdır. Hətta təşkilatın komandanlığı "Mets yeğerni"-nin 50 illiyi və "xalq qəhrəmanı" Ozanyan Andronikin anadan olmasının 100 illiyini eyni günə (24 aprel 1965-ci il) salaraq türk qırğınları törətmək planını cızmışdılar.
Planın proqramına görə, 24 aprel günü silahlı dəstələr Ermənistandakı azərbaycanlı kəndlərinə hücum etməli, dinc əhalini kütləvi surətdə qırmalı idi. Eyni vaxtda Türkiyə sərhədlərində pozuculuq edib, hücumlar etmək, qırğınlar törətmək planlaşdırılırdı. Həmin vaxt radio və televiziya ilə bütün dünyaya elan etməli idilər ki, guya gizli silahlanmış azərbaycanlılar erməni kəndlərinə hücum etmişlər və bunlara kömək məqsədilə türk ordusu sərhəddi pozub sovet sərhədçilərinə hücuma keçmişlər. Planda “ASALA” ümid edirdi ki, Sovet Ordusu münaqişəyə qoşulacaq, bu məqamdan istifadə edib Türkiyədən müəyyən torpaqlarını - Qars, Ərdəhan, İqdır və s. vilayətlərini tutmaq mümkün olacaq.
Bu məqamda plandan duyuq düşən insanlar Gürcüstandan və Azərbaycandan Moskvaya teleqramlar vurdular. Dövlət təcili tədbir görmək məcburiyyətində qaldı. Bütün erməni və Azərbaycan kəndlərinə milis və hərbçi keşikçilər qoyuldu, orduya sayıq olmaq tapşırığı verildi.
Ermənilər məcbur olub bu mənfur plandan əl çəkdilər. Lakin yuxarıda deyilən kimi, İrəvanda Lenin Meydanında mitinq keçirildi. Hərbi hissədən mitinqçilərə dağılmaq əmri gələndə, başda keşiş Vazgen olmaqla nümayişçilər ayaqqabılarını əllərinə alıb, Eçmiədzin kilsəsinə yürüş etdilər (30 km-dən artıq yoldur). Sonrakı günlər isə xüsusən, 1965-ci ilin 23-24-25-ci aprel günlərində keçirilən tədbirlər kulminasiya nöqtəsinə çatdı.
İrəvan şəhərinin erməni əhalisi küçələrə çıxaraq “soyqırım” qurbanlarının xatirəsinə ucaldılmış memorial tikinti yerinə doğru axışırdı.
Nümayişçilərin önündə katolikosla birlikdə respublikanın rəhbərləri addımlayırdı. Kütlənin başı üzərində qara parça ilə örtülmüş rəmzi tabut və
"Böyük Ermənistan"
"Qoparılmış ərazilər Ermənistana qaytarılmalıdır!",
"İntiqam!", sözləri yazılmış şüarlar aparılırdı.
Bu hadisədən sonra Ermənistan SSR-nin azərbaycanlı əhalisi sıxışdırılmağa başlanıldı, xüsusən İrəvanda, Leninakanda, Kirovakanda, Qafanda avtobuslarda, bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü.Toplanan pullar Eçmiəzdin kilsəsinin adı ilə xarici banklara daxil edilirdi.
1965-ci ildə yalançı "erməni soyqırımı"-nın 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, "Böyük Ermənistan" uğrunda 40 milyard ABŞ dolları dəyərində pul toplamışlar.
Onlar etiraf edirdilər ki pul toplamaqda məqsəd Türkiyədən və İrandan (Cənubi Azərbaycan nəzərdə tutulurdu) “erməni” torpaqlarını almaqdır.
Məhz bu pulla daşnaqlar terrorçu erməni ordusu “ASALA”-nı yaratdılar.
Bu pullar isə Türk diplomatlarının qətli, dünyanın neçə ölkəsində terror aksiyaları, yüzlərlə günahsız insanın ölümü, erməni kilsəsinin terrorun başına keçməsinə şərait yaratdı
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada