Xəbər verdiyimiz kimi Ermənistanda əsgərlikdən pul müqabilində yayınma ilə bağlı məsələlər müzakirə olunur. Yeni təklif müdafiə nazirindən tutmuş deputatalar və digər şəxslər tərəfindən də dəstəklənir. Hətta bəzi rəsmilər belə düşünürlər ki, bu yolla xaricdə yaşayan və ya müxtəlif səbəblərlə xidmət etməyənlərin ölkəyə qayıtmasını asanlaşdıracaqlar.
Ermənistan Milli Assambleyasının "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan isə məsələyə maraqlı şəkildə reaksiya verib. "Mamul" nəşrinin yaydığı məlumata görə, o, insanların orduya artıq əvvəlki kimi qürur mənbəyi kimi baxmamasından gileylənib.
“Bizim problemlərimiz ordunun xidmət və missiyadan adi işə çevrilməsi ilə başladı. Əsgərin ləyaqəti və vəzifəsi məsələlərinə sırf maddi baxımdan baxılanda, vətənə borc artıq seçim məsələsinə çevrilir...
İdeya pula qurban verildikdə və ikinci plana keçdikdə, sistemin söykəndiyi son qala da dağılır”,- erməni deputat qeyd edib.
Tural