Ərdoğanın göstərişi ilə Dövlət Nəzarət Qurumu saxta e-imza qalmaqalını araşdırır

Ərdoğanın göstərişi ilə Dövlət Nəzarət Qurumu saxta e-imza qalmaqalını araşdırır
15:07

Türkiyədə Dövlət Nəzarət Qurumu (DDK), AKP Ümumi Sədri və Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə saxta elektron imza (e-İmza) hadisəsi ilə bağlı araşdırma aparmağa başlayıb.

News365.az xəbər verir ki,  DDK-nın araşdırmasının məqsədi dövlət xidmətlərinə olan etimadın qorunması, sui-istifadələrin qarşısının alınması və qanunsuzluqlara qarşı səmərəli mübarizə aparmaqdır.

Hadisənin təfərrüatı:
Ankarada dövlət qurumlarının rəhbərlərinə aid elektron imzaların surətinin çıxarılması yolu ilə saxta diplom və sürücülük vəsiqəsi hazırlayan şəbəkəyə qarşı keçirilən əməliyyat zamanı çox sayda şəxs saxlanılıb.

İşdə həbs olunan 5 təqsirləndirilən şəxs haqqında verilən buraxılma qərarına Ankara Baş Prokurorluğu etiraz edib. Etirazın nəticəsində şəbəkənin lideri olduğu iddia edilən Ziya Kadiroğlu ilə birlikdə Mıhyeddin Yakışır, Taner Dağhan, Gökay Celal GülenYalçın Maraşlı üçün yenidən həbs qərarı verilib.

HTS qeydləri və maliyyə əməliyyatlarının analizi əsasında hazırlanan MASAK hesabatına görə, təşkilatın bir nömrəli şəxsi “Hoca” ləqəbli Ziya Kadiroğlu olaraq müəyyən olunub. Prokurorluğun apardığı istintaq davam edir və əməliyyatın dördüncü dalğasının da gündəmdə olduğu bildirilib.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada