İsrailin Baş naziri Benyamin Netanyahu Şarm əl-Şeyx sammitinə səfərini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın etirazı səbəbindən ləğv edib.
News365.az “Israel Hayom”a istinadla xəbər verir ki, Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə zəng edərək xəbərdarlıq edib:
“Əgər Netanyahu gələcəksə, mənim təyyarəm enməyəcək.”
Türkiyə rəsmiləri ABŞ-a da narazılıq bildiriblər. ABŞ və İsrail rəsmiləri ilə aparılan danışıqlardan sonra Netanyahu səfərdən imtina edib, bundan sonra Ərdoğanın təyyarəsi eniş edib.