Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan DÇ-2026-nın seçmə mərhələsinin IV turu çərçivəsində keçirilən Türkiyə - Gürcüstan (4:1) oyununu canlı izləyib.
News365.az-ın məlumatına görə, o, oyundan sonra Türkiyə millisinin futbolçuları və məşqçi heyəti ilə görüşüb, onları qələbə münasibətilə təbrik edib.
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Prezidentə təşəkkür edib: “Sizin oyunu izləməyiniz bizə böyük güc verir”.
Həmin görüntüləri təqdim edirik: