Ərdoğan: “Sözlərinin üstündə durmasalar..."

Ərdoğan: “Sözlərinin üstündə durmasalar..."
01 Mar 2025 23:34

Türkiyə terrorla mübarizədə son on ildə ciddi nəticə əldə edib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin ailə üzvləri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.

O bildirib ki, indi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var: “Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq”.

Dövlət başçısı həmçinin terrorçulara xəbərdarlıq edib: “Sözlərinin üstündə durmasalar bizdən inciməsinlər. Son terrorçu məhv olunana qədər əməliyyatlarımızı davam etdirərik. Terrorsuz Türkiyə hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”.


Sizin reklam burada
Sizin reklam burada