Ən varlı milyarderlərin ilk onluğunda kimlər var?

Ən varlı milyarderlərin ilk onluğunda kimlər var?
31 May 2025 11:35

Dünyanın ən varlı adamının kimliyi artıq çoxdan bəlli olub. Bu ilin yazında tərtib edilmiş reytinqdə birinci yeri sərvəti 342 milyard dollarla qiymətləndirilən amerikalı İlon Mask tutur.


Forbes reytinqinə görə, heç kim Maska çata bilmir. Onun ən yaxın rəqibi həmyerlisi olan Mark Zukerberqdir (216 milyard dollar). Lakin Zukerberqə başqa bir amerikalı çata bilir. Bu, Cef Bezosdur (215 milyard dollar).

Maraqlıdır ki, dünya daha çox bu üç şəxsin varidatı ilə maraqlanır. Maraqlıdır bəs ilk onluqda kiçlər var?

Dördüncü yerdə digər ABŞ vətəndaşı Larri Ellison dayanaır ki, onun da sərvəti 192 milyard dollar dəyərində qiymətləndirilir. Beşinci yerdə fransız Bernard Arno və onun ailəsidir (178 milyard dollar). Altıncı, yeddinci və səkkizinci yerləri isə müvafiq olaraq aşağıdakı amerikalılar tutublar:

Uorren Baffet-sərvəti 154 milyard dollardır.

Larri Peyc- 144 milyard dollar sərvəti var.

Sergey Brinin - 138 milyard dolları var.

Doqquzuncu yerdə ispaniyalı Amansio Orteqa (124 milyard dollar), 10-cu yerdə isə ABŞ vətəndaşı Stiv Balmer (118 milyard dollar) qərarlaşıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada