Elşad Mirbəşir: Nə qarşıdurma, nə də müharibə indiki halda hər iki dövlətin maraqlarına cavab vermir

Elşad Mirbəşir: Nə qarşıdurma, nə də müharibə indiki halda hər iki dövlətin maraqlarına cavab vermir
04 Fev 2026 23:20

Donald Tramp güc nümayişi ilə İrana təzyiq göstərir və onu öz şərtləri ilə razılaşmağa məcbur etməyi hədəfləyir.

Bu fikirləri News365.az-a açıqlamasında deputat Elşad Mirbəşir deyib. 

O, qeys edib ki, elə buna görə də, ABŞ İrana genişmiqyaslı hücum etməyəcək:

“Region ölkələri də ABŞ-ın İrana hücumuna qarşıdır və belə bir hərəkət regionda ciddi fəsadlar yarada bilərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da istənilən məsələnin mütləq danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Ərdoğan bildirib ki, Misirdə də bu mövqeyini ifadə edərək qeyd edib ki, İrana hücum regionda ciddi təhlükə yaradardı. İranla ABŞ arasında ciddi qarşıdurma olarsa, bu, region üçün böyük risklər yaradacaq. Donald Tramp bunu yaxşı dərk edir və nəticəsi proqnozlaşdırılmayan uzunmüddətli qarşıdurmaya getmək niyyətində deyil.”

Onun sözlərinə görə, ABŞ və İran arasında qarşıdurmanın baş verməyəcəyini göstərən digər amil isə ABŞ-ın daxili vəziyyətidir. Hazırda respublikaçıların vəziyyəti ürəkaçan deyil və ictimai rəy göstərir ki, demokratların üstünlük qazanmaq şansı realdır. Digər tərəfdən, Epşteyn dosyalarının yayılması Trampın əsas diqqətini həm də özü və komandasına yönəltməyə məcbur edir. Respublikaçılar və demokratlar Epşteyn sənədləri ilə bağlı bir-birilərini ittiham edirlər.


Elşad Mirbəşirli bildirib ki, bütün bunlar göstərir ki, ABŞ və İran arasında müharibə baş verməyəcək:


“Eyni zamanda, Pezəşkian ABŞ ilə danışıqların başlanmasına dair göstəriş verib və ABŞ tərəfi də danışıqlara meyillidir. Nə qarşıdurma, nə də müharibə indiki halda hər iki dövlətin maraqlarına cavab vermir. Əgər İran cavab versəydi, regionda bir neçə dövlətin də qoşulma ehtimalı real olardı. Tramp da indiki geosiyasi reallıqları və ABŞ-dakı daxili vəziyyəti nəzərə alaraq məsələni dialoq yolu ilə həll etməyə üstünlük verəcək.”



Sizin reklam burada
Sizin reklam burada