Azərbaycan əsilli rusiyalı keçmiş vəkil Elman Paşayev Ukraynada döyüş getmək istəyir. SHOT Telegram kanalı xəbər verir ki, onun vəkilləri bununla bağlı müvafiq vəsatət hazırlayıblar.
"SVO zonasında(Rusiya Ukraynada başlatdığı müharibəyə verdiyi ad-red.) dələduzluq etdiyinə görə həbs edilən Elman Paşayev günahlarının bağışlanması və ya təmizlənməsi üçün cəbhəyə göndərilməsini xahiş edib. Bu gün məhkəmə onun işinə Donetskdə baxacaq", - məlumatda deyilir.
Bu il martın sonunda Paşayevin “marafon kraliçası” Yelena Blinovskayanın əri Alekseydən 47 milyon rubldan çox pul "qoparması" məlum olub.
Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. İstintaq müəyyən edib ki, 2024-cü ilin yanvarında Paşayev Blinovskini külli miqdarda pul mükafatı müqabilində vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı ər-arvadın cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb. Qeyd olunur ki, razılığa gəlinsə də, lakin vəkil verdiyi vədləri yerinə yetirmək üçün real imkanı olmadığından dələduzluq yolu ilə Blinovskidən 47 milyon rubldan çox pul oğurlayıb.
Tural