Əli Həsənov rusların niyə yadına düşüb? – Kreml itirdiklərinin fərqindədir

Əli Həsənov rusların niyə yadına düşüb? – Kreml itirdiklərinin fərqindədir
13:52

 

Azərbaycana qarşı törədilən təxribatlardan istədikləri nəticəni ala bilməyən rəsmi Moskva öz daxilində günahkar “ovu”na çıxıb.

Son zaman Rusiya-Azərbaycan münasibətlərindəki yaranan soyuqluq Kremlin ideoloqlarını ciddi şəkildə narahat edir. Və bu soyuqluq üçün rusiyalı ideoloqlar “günahkar keçi” axtarışına çıxıblar. Və açıq şəkildə etiraf edirlər ki, Azərbaycanı Rusiyanın “arxa baxçası” statusunda saxlamaq üçün ötən əsrin 90-cı illərindən başlayaraq xərclənən yüz milyonlarla dollar havaya sovrulub. Və Azərbaycan Rusiyanın tam nəzarətindən çıxıb.

Kremlin ideoloqları yaxşı bilirlər ki, bir zamanlar Rusiyanın missionerləri Azərbaycanda çox rahat və geniş şəbəkə ilə fəaliyyət göstərirdi. Rusiyapərəst qüvvələrin başında isə vaxtilə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev və Adminstrasiyanın şöbə müdiri Əli Həsənov dayanırdı. Bu cütlüyün rəhbərliyi altında Azərbaycanda Rusiyanın maraqları üçün əsaslı və davamlı iş aparılırdı. Müstəqil dövlət olsaq da  Mehdiyev-Həsənov tandeminin fəaliyyəti sayəsində Azərbaycan cəmiyyətə Rusiyanın vassalı kimi təqdim edilirdi. Ən pisi də o idi ki, Azərbaycanın Rusiyadan ayrı yaşaması qeyri-mümkün hal kimi cəmiyyətə təşviq olunurdu. Eyni zamanda Qərblə düşmənçilik siyasəti aparılırdı. Məhz bu hesaba da Azərbaycan 30 ilə yaxın Qərbin informasiya blokadasında qaldı.

Əli Həsənovun birbaşa göstərişi və təşkilatçılığı ilə Qərbin aparıcı informasiya agentliklərinin və televiziyalarının ölkəmizdəki nümayəndələri ləğv edildi. Əvəzində isə Rusiya televiziyalarına və informasiya agentliklərinə Azərbaycanda fəaliyyətləri üçün hüdudsuz imkanlar yaradıldı. Hətta “Mir” telekampaniyası, “Sputnik Azərbaycan” və digər media qurumları Azərbaycanın dövlət büdcəsinə otuzduruldu.  

Nəticədə Azərbaycan oxucusunun və tamaşaçısının dünyaya baxışı Kremlidən gələn tezislərə uyğun formalaşdırıldı. Rusiyanın agentura şəbəkəsi 2020-ci ilə qədər böyük ölçüdə Azərbaycanın siyasi səhnəsindən getsə də aparılan ideoloji işin izləri qalmaqdadır. Bu gün orta və yaşlı nəslin çoxu belə hesab edir ki, Azərbaycan Rusiyasız yaşaya bilməz.

İqtisadi sahədədə ideoloji diversiya

5-ci kalonun fəaliyyəti sayəsində Azərbaycan uzun müddət Rusiya iqtisadiyyatından asılı qaldı. Tək bir vaktı deyək ki, bir zamanlar Azərbaycan ərzaqlıq buğdanı əsasən Rusiyadan alırdı. Amma bu gün bu məsələdə qardaş Qazaxıstan liderdir. Əli Həsənovun təşəbbüsü ilə Rusiyanın ayrı-ayrı bölgələri ilə iqtisadi əlaqələr dərinləşdi. Məsələ o yerə çatmışdı ki, Rusiyanın ayrı-ayrı vilayətlərində aparılan quruculuq abadlıq işləri məhz Azərbaycanın vəsaiti ilə həyata keçirildi. Və maraqlıdır ki, Rusiyadakı belə obyektlərin açılışında bir qayda olaraq Əli Həsənov iştirak edirdi. Məsələn Həştərxan şəhərində baş tutan belə tədbirlərin birində Əli Həsənov şəstlə deyirdi ki,  hazırda Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə normaldır və qarşılıqlı tərəfdaşlıq əhval-ruhiyyəsi mövcuddur:

“Həm Rusiya, həm də Azərbaycan tərəfi iki ölkə arasında münasibətlərin inkişafında maraqlıdır. Bu haqda mənim Həştərxanda keçirdiyim görüşlərdə(?) də bəhs olunub. Bir neçə gün əvvəl burada Xəzər hövzəsi üzrə ölkələrin Rusiyadakı səfirlərinin toplantısı keçirilib. Həmin toplantı ilə bağlı mediada gedən məlumatlardan da aydın görmək olar ki, bizim Rusiya ilə münasibətlərdə heç bir narazıçılıq yoxdur, vəziyyət çox normal gedir".

Siyasi müstəvidə Əli Həsənov faktoru

Bir zamanlar Rusiya-Azərbaycan münasibətlərinin ideoloqu Əli Həsənov idi desək yəqin ki, yanılmarıq. Bir qayda olaraq o tez-tez Rusiyaya səfərlər edər və rəsmi və qeyri-rəsmi görüşlər keçirirdi. Bu görüşlər bir çox hllarda Əli Həsənovun statusuna uyğun gəlmirdi. Məsələn 13 may 2009-cu ildə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov Moskvada Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin(?) və MDB İcraiyyə komitəsinin sədri Sergey Lebedev(?) ilə görüşür.

Kremldə keçirilən görüşdə Azərbaycan ilə Rusiya arasında ictimai, siyasi, mədəni əlaqələr, kütləvi informasiya vasitələrində əməkdaşlığa dair müxtəlif məsələlər müzakirə olunur(?).

Maraqlıdır ki, məhz həmin görüşdə Azərbaycanın və Rusiyanın gəncləri, ziyalıları və qeyri-hökumət təşkilatları arasında sıx qarşılıqlı əlaqələri daha da möhkəmlətmək barədə də geniş fikir mübadiləsi aparılıb.

Yəqin ki, çoxlarının xatirindədir ki, bir zamanlar ölkəmizdəki QHT-lər  və siyasi ekspertlər iki qrupa- Qərb və Rusiya meyillilərə bölünürdü. Və bir qayda olaraq Rusiyameyilli QHT-lər və ekspertlər daha çox qayğı ilə əhatə olunurdu. Onlar üçün Azərbaycanda bütün qapılar açıq idi.

Vəziyyət o həddə çatmışdı ki, Milli Məclisdə rusiyameyilli gizli fraksiya fəaliyyət göstərirdi. Bu fraksiyanın üzvü olan deputatlar təkcə parlamentdə deyil, hətta parlamentdənkənar məsələlərdə də Rusiyanın vəkili kimi çıxış edirdilər.

Aparılan bu siyasət hesabın Qərblə Azərbaycan arasında münasibətlər düşmənçilik səviyyəsinə qalxmışdı . Və o zamanlar Əli Həsənov açıq şəkildə etiraf edirdi ki, Qərb Rusiyaya qarşı formalaşdırılan birliyə qoşulmadıqlarına görə Azərbaycandan qisas alır.

Bu da o deməkdir ki, Əli Həsənov üçün hər şeydən öndə Azərbaycanın milli və dövlət maraqları yox, Rusiyanın siyasi maraqları dayanır.

Mədəni və təhsil sahəsində Rusiyanın qorunan maraqları

Mehdiyev- Həsənov tandemi sayəsində Rusiya mədəniyyəti birtərəfli qaydada Azərbaycanda təşviq edilirdi. Azərbaycan oxucusuna, hətta Azərbaycan məktəblisinə belə bir ideya aşılanırdı ki, ən yaxşı təhsil sistemi, ən yüksək ədəbi mühit ruslara məxsusdur. Təsadüfi deyil ki, MDB ölkələri arasında faiz etibarı ilə ən çox rusdilli məktəblər Azərbaycandadır.Hazırda Azərbaycanda tam rus dilində tədris aparan 17 məktəb mövcuddur. 340 təhsil müəssisəsində isə rus bölməsi var.

Təsadüfi deyil ki, bu gün rus dili qeyri-rəsmi ikinci dildir. Hər 3 nəfərdən 2-i rus dilini bilir. Nəinki bilir, hətta gündəlik həyatımızda əhalinin böyük bir hissəsi rus dilində danışır.

Rəsmi Moskvanın maraqlarına xidmət edən daha bir layihə isə “Rus Evi” idi. 3 iyul 1997-ci ildə Azərbaycan ilə Rusiya arasında imzalanmış sazişə uyğun olaraq yaradılan bu informasiya və mədəniyyət mərkəzi Rusiya Federasiyasının Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərliyi altında fəaliyyət göstərirdi. Baş ofisi Bakıda olan Mərkəzin Xaçmaz və Gəncədə də filialları fəaliyyət göstərirdi.

Mərkəzin əsas fəaliyyət istiqamətlərinə rus mədəniyyətinin, elminin və təhsilinin təbliği, rus dilinin möhkəmləndirilməsi, həmvətənlərə dəstək, gənclərin layihələri, beynəlxalq inkişafa yardım, tarixi və xatirə tədbirləri daxil olsa da əslində “Rus Evi”  "Rus Kəşfiyyat Evi" idi. Məhz bu səbəbdən Mərkəz və onun filialları 2025-ci ilin fevralında bağlandı.

Rusiya Azərbaycandan digər ölkələrə qarşı alət kimi istifadə edirdi.

Mehdiyev- Həsənov tandeminin fəaliyyəti hesabına bir çox hallarda milli və dövlət maraqlarımız Kremlin siyasi maraqlarına qurban verilirdi. Məhz bu ideoloji fəaliyyət hesabına Azərbaycanla Türk dövlətləri arasında bir sədd çıkilmişdi. Qazaxıstanla və Orta Asiya dövlətləri ilə münasibətlər məqsədli şəkildə soyudulmuşdu. Hətta Türkmənistanla münasibətlər düşmənçilik səviyyəsinə çatdırılmışdı.

Ən dəhşətlisi o idi ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə ciddi zərbə vurulurdu. Açıq şəkildə etiraf etməliyik ki, Mehdiyev-Həsənov cütlüyünün səyləri hesabına bir vaxtlar Türkiyə ilə Azərbaycanın fikirləri bir sıra məsələlərdə üst-üstə düşmürdü.  

Təbii ki, bütün baş verənlər Azərbaycanın siyasi hakimiyyəti tərəfindən diqqətlə izlənilirdi. Və 5-ci kalonun məhvi üçün hazırlıq  işləri aparılırdı. Yada salaq ki, 44 günlük müharibədən öncə Azərbaycanın siyasi elitasında çox böyük dəyişikliklər baş verdi. Ramiz Mehdiyev və Əli Həsənov tutduqları yüksək vəzifələrdən azad edildilər. Eyni zamanda rusiyameyili Müdafiə və xarici işlər nazirliklərinin rəhbərləri dəyişdirildi.

Məhz bundan sonra Ermənistan təcavüzünə layiqli şəkildə cavab verildi. Ən əsası 44 günlük müharibədən sonra Rusiyanın ölkəmizdəki missioner qruplaşmaları dağıdıldı, Kremlin yerlərdəki dayaqlı əsaslı şəkildə məhv edildi.

Bu gün regional güc kimi Azərbaycan müstəqil və qətiyyətli siyasət aparır. Bu siyasət milli və dövlət maraqlarına söykəndiyi üçün Rusiyanın istəkləri kənarda qalıb.

Diqqət ediləsi digər məqamsa Türkiyə və Türk dövlətləri ilə olan əlaqələrin son 5 ildə şaxələnməsi və dərinləşməsidir. Bu gün hər kəs etiraf edir ki, Azərbaycan-Türkiyə və Azərbaycan-Türk dövlətləri arasındakı münasibətlər indiki qədər yüksək səviyyədə olmayıb.

Bu isə Kremlin ideoloqlarının yuxusunu ərşə çəkib. Azərbaycana qarşı törədilən təxribatlardan istədikləri nəticəni ala bilməyən rəsmi Moskva öz daxilində günahkar “ovu”na çıxıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada